Türkiyə Super Liqasında azarkeş meydanda futbolçuya təpik vurub - FOTO

Türkiyə Super Liqasında azarkeş meydanda futbolçuya təpik vurub - FOTO
# 05 sentyabr 2022 02:42 (UTC +04:00)

Türkiyə Super Liqasında baş tutan “Ankaragücü” – “Beşiktaş” oyununda qalmaqal yaşanıb.

APA yerli mediaya istinadən xəbər verir ki, Ankaragücü tribunalarından meydana daxil olan azarkeş “Beşiktaş”ın futbolçusu Cenk Tosunu təpiklə vurub.

Zərbədən sonra hücum edən şəxsə Josef de Souza müdaxilə edib.

İki komandanın azarkeşləri arasında illərdir davam edən gərginlik səbəbindən beşiktaşlı azarkeşlər səfər matçına aparılmayıb.

Matç boyunca “Beşiktaş” futbolçularının üzərinə yad cisimlər atılıb.

Oyundan sonra baş hakim Mete Kalkavan meydançaya daxil olan azarkeşə müdaxilə etdiyi üçün Josef de Souzaya qırmızı vərəqə göstərib.

Xatırladaq ki, matç 3:2 hesabı ilə “Beşiktaş komandasının xeyrinə başa çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR