Türkiyə Super Liqasında yeni mövsümün başlama və bitmə tarixi açıqlanıb

Türkiyə Super Liqasında yeni mövsümün başlama və bitmə tarixi açıqlanıb
# 29 aprel 2022 13:47 (UTC +04:00)

Türkiyə Super Liqasında 2022/23 mövsümünün start tarixi müəyyənləşib.

Apasport.az saytının məlumatına görə, Türkiyə Futbol Federasiyası yüksək liqa ilə yanaşı, TFF I, II və III Liqanın başlama vaxtını açıqlayıb.

Qərara əsasən Super Liqa və I Liqada yeni mövsüm avqustun 5-8-də keçiriləcək ilk tur matçları ilə start götürəcək. 2023-cü il mayın 28-də isə mövsümə yekun vurulacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR