Türkiyə Super Liqasında 2022/23 mövsümünün start tarixi müəyyənləşib.
Apasport.az saytının məlumatına görə, Türkiyə Futbol Federasiyası yüksək liqa ilə yanaşı, TFF I, II və III Liqanın başlama vaxtını açıqlayıb.
Qərara əsasən Super Liqa və I Liqada yeni mövsüm avqustun 5-8-də keçiriləcək ilk tur matçları ilə start götürəcək. 2023-cü il mayın 28-də isə mövsümə yekun vurulacaq.