UEFA Mahir Emrelinin komandasını cəzalandırıb

UEFA Mahir Emrelinin komandasını cəzalandırıb
# 29 yanvar 2022 12:12 (UTC +04:00)

Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin məxsus olduğu Polşa “Legiya”sı cəzalanıb.

Apasport.az saytının məlumatına görə, Varşava təmsilçisi UEFA tərəfindən cərimələnib.

Maliyyə sanksiyasına Avropa Liqasının “Spartak”la görüşündə baş verənlər səbəb olub. Mahirin komandası 17 min 500 avro cərimə ödəyəcək. Belə ağır cəzaya azarkeşlərin qaldırdığı banner səbəb olub.

Qeyd edək ki, “Legiya” öz meydanında 0:1 hesabı ilə uduzub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR