UEFA: Parisdəki qarşıdurmaya saxta biletlər səbəb olub

UEFA: Parisdəki qarşıdurmaya saxta biletlər səbəb olub
# 29 may 2022 03:58 (UTC +04:00)

UEFA bir neçə saat əvvəl başa çatmış Real Madrid – Liverpul görüşü zamanı baş vermiş qarşıdurmaya münasibət bildirib.

APA-nın xəbərinə görə, qurumun açıqlamasında göstərilir ki, oyundan əvvəl çox sayda azarkeş saxta biletlə “Stad de Frans” stadiona daxil olmaq istəsə də, turniketdən keçə bilməyib. Bu səbəbdən polislə azarkeşlər arasında qarşıdurma baş verib. Polis gözyaşardıcı qaz tətbiq etmıəyə məcbur olub. Oyun nəzərdsə tutulandan 35 dəqiqə gec başlayıb.

Öz növbəsində, Liverpul da məsələyə münasibət bildirib. Komanda azarkeşlərin və oyunçuların təhlükəsizliyinin təmin olunmamasına görə şikayət edəcəyini bildirib.

Fransa polisindəki mənbə qarşıdurmaya səbəb kimi biletsiz azarkeşlərin stadiona keçmək istəməsini göstərib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR