UEFA Putinlə bağlı şüarlara görə “Fənərbağça”nı 50 min avro cərimələyib

UEFA Putinlə bağlı şüarlara görə “Fənərbağça”nı 50 min avro cərimələyib
# 05 avqust 2022 23:07 (UTC +04:00)

UEFA Türkiyənin “Fənərbağça” klubunu cəzalandırıb.

APA “Haberler.com” saytına istinadən xəbər verir ki, buna səbəb klubun Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyunundakı davranışı səbəb olub.

“Fənərbağça” Kiyev “Dinamo”suna uduzduğu vaxt azarkeşlər tərəfindən Vladimir Putin şüarlarının səslənməsi UEFA tərəfindən kulubun cəzalanmasına gətirib çıxarıb.

UEFA “Fənərbağça”nı 50 min avro məbləğində cərimələməklə yanaşı, komandanın avrokuboklardakı növbəti ev matçını qismən azarkeşsiz keçirməsinə qərar verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR