UEFA Superliqanın yaradıcılarını cəzalandıracaq

UEFA Superliqanın yaradıcılarını cəzalandıracaq
# 27 aprel 2022 15:46 (UTC +04:00)

“Real”, “Barselona” və “Yuventus” Çempionlar Liqasının 2023/24 mövsümünə buraxılmaya bilər.

Apasport.az saytının məlumatına görə, UEFA Superliqanın yaradıcılarına qarşı sərt sanksiya tətbiq etməyə hazırlaşır.

Klublar 15 milyon avro cərimə ödəməli və avrokubok mövsümündəki qazancın 5 faizini verməlidir. Bunu etməyən klublar avrokuboklar buraxılmayacaq. Bunadək Superliqada iştirak etməli olan digər 9 klub eyni cəzaya məruz qalıb.

Qeyd edək ki, bir neçə gün əvvəl məhkəmə klubların cəzalanmasına qoyulan qadağanı aradan qaldırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR