Ukrayna Futbol Assosiasiyasının prezidenti həbs olunub

Ukrayna Futbol Assosiasiyasının prezidenti həbs olunub
# 29 noyabr 2022 16:35 (UTC +04:00)

Ukrayna Futbol Assosiasiyasının (UAF) prezidenti Andrey Pavelko həbs olunub.

Apasport.az saytının məlumatına görə, qurum başçısı maliyyə fırıldaqlarında şübhəli bilindiyi üçün 2 aylıq saxlanılıb.

Məhkəmənin qərarına əsasən Pavelko 9 milyon 880 min qriven qarşılığında zaminə buraxıla bilər. Bir müddət əvvəl yayılan məlumatlarda UAF rəhbəri süni örtük istehsal edəcək zavodun tikintisindən böyük məbləğdə pul mənimsədiyi iddia olunurdu.

Qeyd edək ki, Pavelko 2015-ci il martın 6-dan bu vəzifəni tutur. O, həmin il yanvarın 23-dən bu vəzifəni icra edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR