Vidadi Rzayev: “Neftçi”nin çempionluğu təsadüf idi”

Vidadi Rzayev: “Neftçi”nin çempionluğu təsadüf idi”
# 28 dekabr 2021 15:56 (UTC +04:00)

“Bu mövsüm yalnız “Neftçi”nin zəif çıxışı sürpriz oldu. Halbuki onların “Qarabağ”a layiqli müqavimət göstərəcəyini düşünürdüm”.

Bunu apasport.az saytına açıqlamasında “Neftçi”nin sabiq futbolçusu Vidadi Rzayev komandanın hazırkı durumunu dəyərləndirərkən deyib.

Hazırda birinci divizion təmsilçisi “Kəpəz”də köməkçi-məşqçi kimi çalışan 54 yaşlı mütəxəssis “ağ-qaralar”ın cari mövsümdəki çıxışını ürəkaçan hesab etmir. Rzayev hətta paytaxt klubunun ötən mövsüm çempion olmasını təsadüf adlandırıb: “Şəxsən mən düşünürəm ki, “Neftçi”nin çempionluğu təsadüf idi. Yəni “Qarabağ” təsadüf nəticəsində qızıl medalları əldən verdi. “Neftçi”nin cari mövsümdəki nəticələri də buna sübutdur. Komanda qənaətbəxş çıxış etmir. 8 komandalı çempionatda elə əvvəlcədən çempionluğu “Qarabağ”a versinlər, digər yerləri komandalar öz aralarında bölüşdürsünlər. Bir güllə bahar olmaz. “Qarabağ” həmin səhvi bir daha təkrarlamaz”.

Qeyd edək ki, Premyer Liqanın ilk yarısından sonra “Neftçi” 22 xalla turnir cədvəlinin 3-cü pilləsində qərarlaşır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR