“Volfsburq” “Qalatasaray”ın futbolçusuna təklif göndərib

“Volfsburq” “Qalatasaray”ın futbolçusuna təklif göndərib
# 03 yanvar 2022 14:40 (UTC +04:00)

“Qalatasaray”ın futbolçusu Kərəm Aktürkoğlu karyerasını Almaniyada davam etdirə bilər.

Apasport.az saytının məlumatına görə, Türkiyə klubuna ilk rəsmi təklif “Volfsburq”dan gəlib.

Bundesliqa təmsilçisi oyunçunun keçidini qışda həll etmək istəyir. Digər Almaniya klubları “Ştutqart”la “Hoffenhaym” da Kərəmin xidmətində maraqlıdır.

“Qalatasaray” rəhbərliyi 23 yaşlı futbolçu üçün 15 milyon avro tələb edir. Onun klubla müqaviləsi 2026-cı ilin yayında başa çatacaq.

Qeyd edək ki, Aktürkoğlu cari mövsüm 32 matçda 7 qol vurub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR