Xavyer Maskerano yığmanın baş məşqçisi olub

Xavyer Maskerano yığmanın baş məşqçisi olub
# 01 dekabr 2021 09:28 (UTC +04:00)

Argentina millisinin sabiq futbolçusu Xavyer Maskerano məşqçiliyə başlayıb.

Apasport.az saytının məlumatına görə, “Barselona” və “Liverpul”un keçmiş yarımmüdafiəçisi ölkəsində fəaliyyət göstərəcək.

37 yaşlı mütəxəssis Argentinanın 20 yaşadək futbolçulardan ibarət yığmanın baş məşqçisi təyin olunub. Fernando Batista Venesuela yığmasının baş məşqçisi postuna gətirilən Xose Pekermanın məşqçilər korpusuna daxil olduğundan, U-20 millisi Maskeranoya tapşırılıb.

Qeyd edək ki, Vavyer Maskerano ötən ilin noyabrında “Estudiantes”in heyətində karyerasını başa vurub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR