Xorvatiya “Neftçi”nin sabiq futbolçusunu Azərbaycanla oyuna çağırıb

Xorvatiya “Neftçi”nin sabiq futbolçusunu Azərbaycanla oyuna çağırıb
  • Clock-gray 14:41
  • calendar-gray 19 Avqust 2019

Futbol üzrə Xorvatiya millisinin heyəti açıqlanıb.

APA-nın məlumatına görə, baş məşqçi Zlatko Daliç AVRO-2020-nin sentyabrda keçiriləcək oyunları üçün heyəti müəyyənləşdirib.

Mütəxəssis ayın 6-da Slovakiya, 9-da Azərbaycana qarşı keçiriləcək səfər oyunlarına 23 futbolçu çağırıb. O, daha 6 futbolçunu ehtiyat oyunçu kimi siyahıya daxil edib.

“Neftçi”nin sabiq futbolçusu, hazırda “Rizəspor”da çıxış edən Dario Melnyak da heyətdə yer alıb. O, 2016-cı ildə “ağ-qaraıar”ın şərəfini qoruyub.

Qapıçılar: Lovre Kaliniç (Aston Villa, İngiltərə), Dominik Livakoviç (Dinamo Zaqreb), Simon Sluqa (Luton, İngiltərə);

Müdafiəçilər: Domaqoy Vida (Beşiktaş, Türkiyə), Deyan Lovren (Liverpul, İngiltərə), Tin Yedvay (Bayer, Almaniya), Borna Barišiç (Reyncers, Şotlandiya), Matey Mitroviç (Brügge, Belçika), Karlo Bartoleç (Kopenhagen, Danimarka), Mile Şkoriç (Osiyek), Dario Melnyak (Rizəspor, Türkiyə);

Yarımmüdafiəçilər: Luka Modriç (Real, İspaniya), İvan Rakitiç (Barselona, İspaniya), Mateo Kovaçiç (Çelsi, İngiltərə), Milan Badel (Fiorentina, İtaliya), Marselo Brozoviç (İnter, İtaliya), Mario Paşaliç (Atalanta İtaliya), Nikola Vlaşiç (MOİK, Rusiya);

Hücumçular: İvan Perişiç (Bavariya, Almaniya), Ante Rebiç (Ayntraxt, Almaniya), Yosip Brekalo (Volfsburq, Almaniya), Bruno Petkoviç, Mislav Orşiç (hər ikisi “Dinamo”).

Ehtiyat oyunçular: Andrey Kramariç (Hoffenhaym, Almaniya), Marko Roq (Kalyari, İtaliya), Filip Benkoviç (Lester, İngiltərə), Miyo Cakdaş, Yosip Yuranoviç (hər ikisi “Hayduk”), Antonio Mirko Çolak (Riyeka).

apa-logo-mini

Digər xəbərlər

Arxiv

date