Yığmanın sabiq baş məşqçisinə ömürlük cəza verilib 

Yığmanın sabiq baş məşqçisinə ömürlük cəza verilib 
# 17 avqust 2019 12:58 (UTC +04:00)

FİFA Nigeriya milli komandasının sabiq baş məşqçisi Samson Siasianı cəzalandırıb.

APA-nın məlumatına görə, afrikalı mütəxəssis ömürlük futboldan kənarlaşdırılıb.

Buna S.Siasianın rüşvət alması səbəb olub. Onun hansı oyunların nəticələrinə təsir etmək üçün pul almaqda günahkar hesab olunduğu açıqlanmır.

Qeyd edək ki, S.Siasia 2010-cu ilin dekabrından 2011-ci ilin oktyabrına qədər, həmçinin 2016-cl ildə Nigeriya yığmasını çalışdırıb. Həmçinin gənclər yığmasına rəhbərlik edən mütəxəssis 2016-cı ildə komandasına Rio Olimpiadasının bürünc mükafatını qazandırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR