“Yuventus” Manuel Lokatelli ilə müqavilə bağlayıb

“Yuventus” Manuel Lokatelli ilə müqavilə bağlayıb
# 18 avqust 2021 13:13 (UTC +04:00)

“Sassuolo”nun yarımmüdafiəçisi Manuel Lokatellinin “Yuventus”a transferi, nəhayət ki, baş tutub.

Apasport.az saytının məlumatına görə, İtaliya millisinin üzvü keçidi tamamlamaq üçün Turinə yollanıb.

“Qoca sinyora”nın mətbuat xidməti 23 yaşlı oyunçunun tibbi müayinədən keçməsi ilə bağlı video paylaşıb. “Yuve” gün ərzində transferi açıqlamağı planlaşdırır. Lokatelli yeni komandası ilə 5 illik müqavilə imzalayıb. Bu keçid “Sassuolo”ya 35 milyon avro qazandıracaq.

Qeyd edək ki, Manuel Lokatelli bu yay keçirilən Avropa çempionatında İtaliya millisinin heyətində kuboku qazanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR