“Yuventus”un prezidenti koronavirusa yoluxub

Andrea Anyelli

© APA | Andrea Anyelli

# 10 yanvar 2022 16:32 (UTC +04:00)

“Yuventus”un prezidenti Andrea Anyelli yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxub.

Apasport.az xəbər verir ki, bu barədə Turin klubunun mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, testi pozitiv çıxan futbol funksioneri karantinə alınıb. Anyelli İtaliya Superkubokunda komandasının “İnter”lə “San Siro”da keçirəcəyi matçı tribunadan izləyə bilməyəcək.

Qeyd edək ki, yanvarın 12-də keçiriləcək “İnter”–“Yuventus” görüşü Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR