“Yuventus”un şübhəli transferlərə görə 15 xalı silinib - YENİLƏNİB

“Yuventus”un şübhəli transferlərə görə 15 xalı silinib - YENİLƏNİB
# 21 yanvar 2023 01:05 (UTC +04:00)

İtaliya Futbol Federasiyası şübhəli transferlərə görə “Yuventus” klubunun 9 xalının silinməsinə dair iddia qaldırıb.

APA-nın xəbərinə görə, İtaliyanın Futbol Federasiyası Məhkəməsi digər halları da araşdıraraq klubun 15 xalının silinməsi barədə qərar çıxarıb.

Məhkəmə müəyyən edib ki, şübhəli əməliyyatları gizlətmək üçün mühasibat sənədlərində səhv məlumatlar daxil edilib.

Xallar silindikdən sonra komanda A qrupundakı 3-cü yerdən onuncu yerə geriləyib. Klub qərardan kassasiya şikayəti verəcəyini bildirib.

Məhkəmə qərarına görə Fabio Paratiçi (idman direktoru) 2,5 illik, Andre Anyelli (prezident) və Mauritsio Arrivabene 2 illik, Federiko Kerubini (idman koordinatoru) 1,4 illik, Pavel Nedved (inzibatçı) 8 aylıq futbol fəaliyyətindən kənarlaşdırılıb.

***

00.53

İtaliyanın “Yuventus” klubunun şübhəli transferlərə görə 15 xalı silinib.

APA-nın xəbərinə görə, İtaliyanın Futbol Federasiyası Məhkəməsi digər halları da araşdıraraq klubun 15 xalının silinməsi barədə qərar çıxarıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR