Zidanın Fransa millisinin baş məşqçisi olacağı vaxt dəqiqləşib

Zidanın Fransa millisinin baş məşqçisi olacağı vaxt dəqiqləşib
# 22 noyabr 2022 17:03 (UTC +04:00)

Zinəddin Zidanın Fransa yığmasının sükanı arxasına keçəcəyi vaxt müəyyənləşib.

Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, “Real”ın sabiq çalışdırıcısı 2023-cü ilin ilk ayından millidə çalışacaq.

Hazırda Qətərdə keçirilən dünya çempionatından sonra baş məşqçi Didye Deşamla yollarını ayıracaq Fransa Futbol Federasiyası Zidanla müqavilənin şərtlərini razılaşdırıb. 50 yaşlı mütəxəssisin təyinatı yanvarda açıqlanacaq.

Qeyd edək ki, Zinəddin Zidan məşqçilik karyerası ərzində yalnız “Real”da çalışıb. O, “kral klubu”ndan ötən il ayrılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR