“Zirə” “Fənərbaxça”nı Bakıya gətirir

“Zirə” “Fənərbaxça”nı Bakıya gətirir
# 31 may 2023 15:18 (UTC +04:00)

“Zirə” və Azərbaycan Minifutbol Federasiyasının prezidenti Taleh Nəsibov “Fənərbaxça”nın baş katibi Burak Kızılhanla görüşüb.

Apasport.az saytının məlumatına görə, bunu Bakı klubunun mətbuat xidməti açıqlayıb.

İki klub rəhbərliyi arasında görüş İstanbulda baş tutub. “Fənərbaxça”nın ofisində keçirilən tədbirdə Azərbaycan Minifutbol Federasiyasının və İstanbul təmsilçisinin idarə heyətinin üzvləri də iştirak edib.

Görüşdə tərəflər arasında fikir mübadiləsi aparılıb, əlaqələrin daha da inkişaf etdirilməsi ilə bağlı razılıq əldə olunub. Bundan başqa, yaxın gələcəkdə “Zirə” və “Fənərbaxça”nın iştirakı ilə Bakıda yoxlama oyununun keçirilməsi ilə bağlı danışıqlar aparılıb. Sonda görüş iştirakçıları bir-birlərinə xatirə hədiyyələri təqdim ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR