"Zirə" Kiyev “Dinamo”sunun hücumçusunu transfer edib

"Zirə" Kiyev “Dinamo”sunun hücumçusunu transfer edib
# 25 yanvar 2023 12:21 (UTC +04:00)

"Zirə" heyətini yeni futbolçu ilə gücləndirib.

Apasport.az xəbər verir ki, bu barədə məlumatı klubun mətbuat xidməti yayıb.

Bildirilib ki, Bakı təmsilçisi Vladislav Kulaçla anlaşıb. Ukraynalı hücumçu ilə 1,5 illik müqavilə imzalanılıb.

Qeyd edək ki, 29 yaşlı futbolçunun son klubu Ukraynanın “Dinamo”(Kiyev) komandası olub. O, həmçinin ölkəsinin “Şaxtyor”(Donetsk), “Mariupol”, “Metallurq” (Zaporojye), “Stal”, “Zorya”, “Vorlska”, “Oleksandriya”, Türkiyənin “Eskişehirspor” və Macarıstanın “Honved” klublarında çıxış edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR