“Zirə” Konfrans Liqasında ilk oyununu keçirəcək

“Zirə” Konfrans Liqasında ilk oyununu keçirəcək
# 21 iyul 2022 03:05 (UTC +04:00)

Bu gün Konfrans Liqasında II təsnifat mərhələsinin daha bir neçə oyunu keçiriləcək.

Apasport.az saytının məlumatına görə, Azərbaycanın bu turnirdəki təmsilçilərindən “Zirə” 5 illik avrokubok həsrətinə son qoyacaq.

Buna qədər yalnız 2017/18 mövsümündə Avropa Liqasında mübarizə aparan paytaxt təmsilçisi dönüşünü öz meydanında edəcək. Qəsəbə klubu Təl-Əviv “Makkabi”si ilə münasibətlərinə aydınlıq gətirəcək.

Bu, həm də Rəşad Sadıqovun baş məşqçi kimi Avropa arenasında ilk sınağı olacaq. İsraillilər cütün favoriti sayılsa da, “Zirə” “Dalğa Arena”da qələbə qazanaraq, səfərə üstün yollanmağa çalışacaq.

Qeyd edək ki, “Zirə” ilə “Makkabi” arasında cavab oyunu iyulun 28-də Təl-Əvivdə keçiriləcək.

Konfrans Liqası
II təsnifat mərhələsi, ilk oyun
21 iyul
20:00. “Zirə” (Azərbaycan) – “Makkabi” (Təl-Əviv, İsrail)
Baş hakim:
Rob Hennessi (İrlandiya)
Bakı, “Dalğa Arena”

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR