“Zirə” Premyer Liqanı bürünc medalla bitirib

“Zirə” Premyer Liqanı bürünc medalla bitirib
# 21 may 2022 18:54 (UTC +04:00)

Azərbaycan Premyer Liqasında bürünc mükafatçı bəlli olub.

Apasport.az saytının məlumatına görə, 3-cü yerin taleyinə son tur aydınlıq gətirib.

XXVIII turda “Şamaxı”nı qəbul edən “Zirə” bu oyundakı heç-heçədən (0:0) sonra 47 xalla 3-cü olub. “Sabah”la ev görüşündə qələbəni son dəqiqələrdə əldən verən (1:1) “Qəbələ isə 45 xalla 4-cü sırada qalıb.

Bu, “Zirə”nin tarixində ilk bürünc, ümumilikdə ikinci mükafat olub. Yeganə gümüşü 2015/16 mövsümündə qazanan bakılılar 6 ildən sonra fəxri kürsüyə qayıdıb.

Qeyd edək ki, “Qarabağ” qızıl, “Neftçi” gümüş medalı öncədən təmin edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR