“Zirə” yunanıstanlı müdafiəçi ilə müqavilə imzalayıb

“Zirə” yunanıstanlı müdafiəçi ilə müqavilə imzalayıb
# 17 iyul 2019 19:38 (UTC +04:00)

Bakının “Zirə” klubu yay transfer pəncərəsində heyətini yeni futbolçu ilə gücləndirib.

APA-nın məlumatına görə, paytaxt təmsilçisi Anastasios Papazoğlu ilə anlaşıb.

30 yaşlı müdafiəçi ilə 1 illik müqavilə imzalanıb. Yunanıstanlı futbolçu bundan öncə vətənində “Panserrakios”, “Olimpiakos”, “Ksanti”, “Panetolikos”, “Apollon” və OFİ, Kiprdə APOEL-də çıxış edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR