Zlatan İbrahimoviçin adı ÇL-də iştirak ərizəsinə salınmayıb

Zlatan İbrahimoviçin adı ÇL-də iştirak ərizəsinə salınmayıb
# 03 sentyabr 2022 12:23 (UTC +04:00)

Çempionlar Liqasının qrup mərhələsində oynayacaq klubların iştirak ərizələri açıqlanıb.

Apasport.az saytının məlumatına görə, Zlatan İbrahimoviç turnirdə iştirak etməyəcək.

İsveçli hücumçu “Milan”ın sifariş vərəqinə daxil olunmayıb. Zədədən sonra bərpa dövrü keçən 40 yaşlı veteran yalnız sonrakı mərhələlərdə heyətə salına bilər.

Zlatan “Milan”a qrupda kömək etməyəcək yeganə oyunçu deyil. Kiprian Tataruşanu, Aster Vranks, Malik Tiau, Yasin Adli və Temue Bakayako da qrupda “rossonyeri”yə lazım olmayacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR