“Barselona” xal itirdiyi matçdakı hakimlikdən şikayət edəcək

“Barselona” xal itirdiyi matçdakı hakimlikdən şikayət edəcək
  • Clock-gray 01:44
  • calendar-gray 15 Dekabr 2019

La Liqanın XVII turunun “Real-Sosyedad”la görüşündə xal itirən “Barselona” İspaniya Futbol Federasiyasına rəsmi şikayət edəcək.

Apasport.az saytının məlumatına görə, klub prezidenti Xosep Mariya Bartomeu quruma VAR-a müraciətlə bağlı narazılıq məktubunu göndərəcək.

Klub rəhbərliyi oyunun hakimi Xavyer Alberolo Roxasın hərəkətindən narazı qalıb. Referi kataloniyalılaırn müdafiəçisi Jerar Pikenin rəqib cərimə meydanında yıxıldığı epizodda nəinki “Barselona”nın lehinə penaltini verməyib, heç VAR-a da ehtiyac duymayıb.

Qeyd edək ki, qarşılaşma 2:2 hesabı ilə başa çatıb.

ApaSport

Digər xəbərlər