“Beşiktaş” Türkiyə kuboku ilə vidalaşıb

“Beşiktaş” Türkiyə kuboku ilə vidalaşıb
  • Clock-gray 23:36
  • calendar-gray 22 Yanvar 2020

Türkiyə kubokunda 1/8 final mərhələsi davam edir.

Apasport.az saytının məlumatına görə, cavab oyunları çərçivəsində daha üç oyun keçirilib.

“Kasımpaşa” evdə “Alanyaspor”a qalib gəlsə də, ilk görüşdəki məğlubiyyətin əvəzini çıxa bilməyib. “Göztəpə” ilə heç-heçə edən “Antalyaspor” evdəki qələbə sayəsində 1/4 finala yüksəlib.

“Beşiktaş” isə mübarizəni dayandırıb. İstanbul təmsilçisi “Ərzurum”a ikinci oyunda da uduzub.

Qeyd edək ki, 1/8 final mərhələsi sabah başa çatacaq.


Türkiyə kuboku
1/8 final, cavab oyunları
“Kasımpaşa” – “Alanyaspor” – 3:2
Kara, 27 (pen.), 87, Depe, 39 – Bakasetas, 45 (pen.), Kampos, 90
İlk oyun – 1:3
“Göztəpə” – “Antalyaspor” – 2:2
Tripiç, 33, Akbunar, 55 – Alpsoy, 31, Mukayru, 41
İlk oyun – 3:4
“Beşiktaş” – “Ərzurum” – 2:3
Diabi, 33, Yılmaz, 64 – Karakullukçu, 1, 72, Sissoko, 67
İlk oyun – 2:3

ApaSport

Digər xəbərlər

Arxiv

date