“Birminhem” “Qarabağ”ın qapıçısı üçün “Bornmut”la danışığa başlayıb

“Birminhem” “Qarabağ”ın qapıçısı üçün “Bornmut”la danışığa başlayıb
  • Clock-gray 12:31
  • calendar-gray 09 Dekabr 2019

Ağdamın “Qarabağ” klubunun qapıçısı Asmir Beqoviç karyerasını “Birminhem”də davam etdirə bilər.

Apasport.az saytının məlumatına görə, aşağı liqa təmsilçisi bosniya və herseqovinalı qolkiperi transfer etmək istəyir.

Birminhemlilər A.Beqoviçin müqavilə ilə məxsus olduğu “Bornmut”la əlaqə saxlayaraq keçidlə maraqlanıblar. Hələlik yekun cavab verilməsə də, razılığın əldə olunması da istisna edilmir. 

Qeyd edək ki, 32 yaşlı futbolçuya digər klublar da elçi düşüb. “Birminhem” balkanlı əlcək sahibini heyətinə qatmaq üçün Hollandiyanın PSV, həmçinin İngiltərənin “Derbi” və “Vest Hem”lə mübarizə aparmalı olacaq.

“Qarabağ” A.Beqoviçi sentyabrda “Bornmut”dan 4 aylıq icarəyə götürüb.

 

ApaSport

Digər xəbərlər