"Kırklarelispor" "Başakşəhər"i Türkiyə kubokundan kənarlaşdırıb, "Fənərbaxça" mərhələ adlayıb

"Kırklarelispor" "Başakşəhər"i Türkiyə kubokundan kənarlaşdırıb, "Fənərbaxça" mərhələ adlayıb
  • Clock-gray 23:27
  • calendar-gray 21 Yanvar 2020

Türkiyə kubokunda 1/8 final mərhələsinin cavab oyunlarına start verilib.

Apasport.az saytının məlumatına görə, ikinci görüşlər çərçivəsində bu gün ilk 2 matç baş tutub.

Superliqa təmsilçisi "Başakşəhər" TFF 2-ci liqa təmsilçisi "Kırklarelispor" önündə şok yaşayıb. Öz meydanında rəqibi ilə 1:1 hesablı heç-heçə edən elita klubu səfərdə qolsuz bərabərliyə imza ataraq kubokla vidalaşıb. Tarixi zəfər qazanan aşağı liqa təmsilçisi bunun sevincini saatlarla yaşayıb.

Günün digər oyununda "Fənərbaxça" "Kayserispor"u qəbul edib. Kayseridə Robert Prosineçkinin yetirmələri ilə qolsuz heç-heçə edən İstanbul nəhəngi doğma arenasında qələbə qazanaraq, "Kırklarelispor" kimi, adını 1/4 finala yazdırıb.

Mərhələnin digər oyunları sabah və birigün keçiriləcək.

Türkiyə kuboku
1/8 final, cavab oyunları
21 yanvar
"Kırklarelispor" - "Başakşəhər" - 0:0

İlk oyun -  1:1

"Fənərbaxça" - "Kayserispor" - 2:0
Fərdi Kadıoğlu, 23; Mevlüt Erdinç, 45+1
İlk oyun - 0:0

ApaSport

Digər xəbərlər