“Napoli” Karlo Ançelottini istefaya göndərib

“Napoli” Karlo Ançelottini istefaya göndərib
  • Clock-gray 09:27
  • calendar-gray 11 Dekabr 2019

İtaliyanın “Napoli” klubu baş məşqçisi Karlo Ançelotti istefaya göndərilib. 

Apasport.az saytının məlumatına görə, komanda bunu rəsmi tvitter səhifəsi vasitəsi ilə açıqlayıb. 

Bildirilir ki, “Napoli” prezidenti ilə Ançelotti arasında danışıqlardan sonra belə qərar qəbul edilib və müqavilə qarşılıqlı razılıq əsasında pozulub. 

Təcrübəli mütəxəssisin komandası Çempionlar Liqasının VI turunda Belçika “Genk”inə 4:0 hesabı ilə qalib gəlməklə, 1/8 finala yüksəlib. 

Qeyd edək ki, Ançelotti 2018-ci ilin mayında “Napoli” ilə 3 illik anlaşmaya imza atmışdı. 

ApaSport

Digər xəbərlər