“Qarabağ” 3 milyon 870 min avro əldə edib

“Qarabağ” 3 milyon 870 min avro əldə edib
  • Clock-gray 00:09
  • calendar-gray 13 Dekabr 2019

Avropa Liqasının qrup mərhələsinin VI turu Azərbaycan çempionu “Qarabağ”ın büdcəsini daha da zənginləşdirib.

Apasport.az saytının məlumatına görə, Bakıda keçirilən matçda Lüksemburq təmsilçisi “Düdelanj”la heç-heçə oynayan Ağdam klubu 190 min avro əldə edib. 

Qrup mərhələsini 1 qələbə və 2 heç-heçə ilə başa vuran “Qarabağ” 950 min qazanc götürüb. Bu mərhələyə vəsiqə qazanmaqla komanda 2 milyon 920 min avro qabağa düşüb. Bu isə o deməkdir ki, qrup mərhələsində iştirakdan başlayaraq komanda 3 milyon 870 min avro əldə edib.

Qeyd edək ki, qrup mərhələsinin oyunlarında qalib gələn komanda 570, heç-heçə edənlər 190 min avro qazanıb.

ApaSport

Digər xəbərlər

Arxiv

date