"Qarabağ" Qana millisinin hücumçusunu transfer edib

"Qarabağ" Qana millisinin hücumçusunu transfer edib
  • Clock-gray 13:10
  • calendar-gray 23 Yanvar 2020

"Qarabağ" qış fasiləsində ilk transferini reallaşdırıb.

Apasport.az saytının məlumatına görə, İspaniyanın "Leqanes" klubunun hücumçusu Ovusu Kvabena Azərbaycan çempionu ilə münasibətləri rəsmiləşdirib.

Ağdam təmsilçisi rəsmi saytı vasitəsilə "Xoş gəldin, Ovusu" yazaraq, bu keçidin rəsmiləşdiyini bəyan edib. Lakin anlaşmanın detalları barədə məlumat verilməyib.

Qeyd edək ki, Qana millisinin 23 yaşlı futbolçusu cari mövsümün ilk dövrəsini icarə əsasında "Kordoba"da (İspaniya) keçirib.

ApaSport

Digər xəbərlər