“Çelsi”nin transfer qadağası ləğv edilib

“Çelsi”nin transfer qadağası ləğv edilib
# 06 dekabr 2019 15:41 (UTC +04:00)

İngiltərənin “Çelsi” klubunun transfer qadağası aradan qaldırılıb.

Apasport.az saytının məlumatına görə, FİFA-nın London təmsilçisi ilə bağlı verdiyi qərarı İdman Arbitraj Məhkəməsi ləğv edib.

“Çelsi” 2019/2020 mövsümünün qış transfer pəncərəsində heyətinə yeni futbolçu qata biləcək.

Qeyd edək ki, FİFA transfer qaydalarını pozan “zadəganlar”a iki transfer dövründə heyətinə oyunçu qatmaq qadağası qoymuşdu. Londonlular 2019-cu ilin yayında və 2020-ci ilin yanvarında yeni oyunçu ilə güclənə bilmək hüququndan məhrum edilmişdi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR