"Lion" Fransa Liqa kubokunun finalına yüksəlib

"Lion" Fransa Liqa kubokunun finalına yüksəlib
# 22 yanvar 2020 02:27 (UTC +04:00)

Fransa Liqa kubokunda yarımfinal mərhələsinə start verilib.

Apasport.az saytının məlumatına görə, bununla ilk finalçının adına aydınlıq gəlib.

Günün yeganə qarşılaşması "Lion"la "Lill" arasında oynanılıb. Matçın 90 dəqiqəsində qalibi müəyyənləşdirmək mümkün olmadığından, penaltilər seriyasına ehtiyac duyulub. Burda daha dəqiq oynayan "Lion" adını finala yazdırıb.

Mərhələnin yanvarın 22-də baş tutacaq digər oyununda PSJ "Reym"in qonağı olacaq. Bu cütlüyün qalibi finalda "Lion"la qarşılaşacaq.

Fransa liqa kuboku
Yarımfinal mərhələsi
21 yanvar
"Lion" - "Lill" - 2:2, pen, 4:3

Dembele, 17 (pen.); Ouar, 85 - Renato Sançes, 13; Remi, 90+1 (pen.)

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR