“Liverpul” Yurgen Kloppla müqaviləni uzadıb

“Liverpul” Yurgen Kloppla müqaviləni uzadıb
# 13 dekabr 2019 15:48 (UTC +04:00)

İngiltərənin “Liverpul” klubu baş məşqçisi Yurgen Kloppla müqaviləni uzadıb.

Apasport.az saytının məlumatına görə, almaniyalı mütəxəssislə anlaşma 2024-cü ilin yayına qədərdir.

2020/21 mövsümünün sonunda başa çatacaq əvvəlki müqavilə daha 3 il uzadılıb.

Qeyd edək ki, əvvəllər “Mayns” və Dortmund “Borussiya”sını çalışdırmış Y.Klopp 2015-ci ildən “Liverpul”un baş məşqçisidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR