"Neftçi” Roberto Bordinlə yollarını ayırıb

"Neftçi” Roberto Bordinlə yollarını ayırıb
# 19 yanvar 2020 00:13 (UTC +04:00)

"Neftçi”nin prezidentinin təqdimatı əsasında əsas komandanın hazırkı durumu Müşahidə Şurasının üzvləri ilə yenidən müzakirəyə təqdim edilib, irad və təkliflər dinlənilib.

Apasport.az saytının məlumatına görə, sonda komandanın indiki vəziyyəti nəzərə alınaraq, baş məşqçi Roberto Bordinlə müqaviləyə qarşılıqlı razılıqla xitam verilməsi barədə qərar qəbul edilib.

Qərara əsasən, italiyalı çalışdırıcı ilə görüş keçirilib və qarşılıqlı razılıqla yollar ayrılıb. Əsas komanda müvəqqəti olaraq köməkçi məşqçi Füzuli Məmmədova tapşırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR