"Qalatasaray" Əmrə Moru göndərir

"Qalatasaray" Əmrə Moru göndərir
# 21 yanvar 2020 14:27 (UTC +04:00)

Mövsümün əvvəlində böyük ümidlərlə "Qalatasaray"a keçən Əmrə Mor komandadan ayrılacaq.

Apasport.az saytının Türkiyə mətbuatına istinadən məlumatına görə, klub rəhbərliyi gənc oyunçunu yola salmaq qərarına gəlib.

Ötən ilin yayında "Selta"dan birillik icarəyə götürülən 22 yaşlı hücumameyilli futbolçu baş məşqçi Fatih Terimin ümidlərini doğrulda bilməyib. Nəticədə "sarı-qırmızılılar" ona özünə yeni klub tapa biləcəyini söyləyiblər. Bu üzdən Əmrə Morun meneceri ona komanda tapmaq üçün hərəkətə keçib.

Qeyd edək ki, Əmrə Morun "Selta" ilə müqavilə müddəti 2022-ci ilin yayına qədərdir. O, "Qalatasaray"ın heyətində bütün turnirlərdə 15 matçda meydana çıxıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR