"Qarabağ" xal itirib

"Qarabağ" xal itirib
# 06 dekabr 2019 20:52 (UTC +04:00)

Azərbaycan Premyer Liqasında XIV tura start verilib.

Apasport.az saytının məlumatına görə, mövsümün ilk yarısının son turu Bakıda keçirilən oyunla başlayıb.

Çempionatın liderləri “Qarabağ”la “Keşlə” Tofiq Bəhramov adına Respublika stadionunda üz-üzə gəlib. Məhsuldar keçən görüşdə 4 qol vurulub.

Matçın gedişində iki dəfə hesabda önə keçən Qurban Qurbanovun yetirmələri üstünlüyünü qoruya bilməyiblər – 2:2. Bununla da bakılılar liderlə 8 xallıq fərqi azaltmaq imkanından yararlanmayıblar.

Bu heç-heçə daha çox 3-cü pillədəki “Neftçi”yə sərf edib. “Ağ-qaralar” “Keşlə”ni keçmək, “Qarabağ”la xal fərqini azaltmaq imkanı qazanıb. Bunun üçün paytaxt təmsilçisi iki gün sonra “Sabah”a qalib gəlməlidir.

Qeyd edək ki, turun digər matçları dekabrın 8-də keçiriləcək. “Sabah” “Neftçi”ni, “Zirə” “Səbail”i, “Sumqayıt” “Qəbələ”ni qonaq edəcək.

Azərbaycan Premyer Liqası
XIV tur
6 dekabr (cümə)
“Qarabağ” – “Keşlə” - 2:2

Qollar: Kintana, 4, Emreli, 45 - Hacılı, 40 (avtoqol), Bayramlı, 47
Hakimlər:
Kamal Umudlu, Mübariz Haşımov, Eyyub İbrahimov, İnqilab Məmmədov
“Qarabağ”:
12. Şahruddin Məhəmmədəliyev, 5. Maksim Medvedev (k), 20. Riçard Almeyda, 55. Bədavi Hüseynov, 11. Mahir Emreli, 30. Abbas Hüseynov, 10. Dani Kintana 8. Markos Madera, 17. Abdullah Zubir, 3. Ailton Silva, 21. Hacıağa Hacılı
Ehtiyat oyunçular: 1. Asmir Beqoviç, 13. Vaqner da Silva, 2. Qara Qarayev, 14. Rəşad Sadıqov, 4. Rahil Məmmədov, 7. Araz Abdullayev, 19. Filip Ozobiç, 99. Maqaye Qeye, 23. Faysal Rerras, 24. Nihad Tamazov, 71. Toral Bayramov, 29. Musa Qurbanlı
Baş məşqçi: Qurban Qurbanov
“Keşlə”: 1. Stanislav Namaşko, 4. Slavik Alxasov (k), 33. Tərlan Quliyev, 3. Cabir Əmirli, 17. Vüsal İsgəndərli, 2. İlkin Qırtımov, 11. Ruslan Qurbanov, 25. Con Kamara, 5. Franko Flores, 7. Tural Bayramlı, 97. Xəzər Mahmudov
Ehtiyat oyunçular: 94. Rəşad Əzizli, 57. Əkpər Vəliyev, 18. Ruslan Əmircanov, 19. Azər Salahlı, 14. Emin Mehtiyev, 22. Əfran İsmayılov, 6. Rəşad Sadiqov, 90. Orxan Fərəcov, 13. Pərviz Azadov
Baş məşqçi: Tərlan Əhmədov

Tofiq Bəhramov adına Respublika Stadionu, 19:00

1

Qarabağ

14

9

4

1

24-7

31

2

Keşlə

14

6

5

3

18-12

23

3

Neftçi

13

6

4

3

20-11

22

4

Sumqayıt

13

5

2

6

17-19

17

5

Zirə

13

3

5

5

14-21

14

6

Sabah

13

3

4

6

14-16

13

7

Qəbələ

13

3

3

7

13-23

12

8

Səbail

13

3

3

7

9-20

12

Bombardir: Lorenzo Frutos ("Keşlə") - 6 qol.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR