“Traktor”un prezidenti istefa verib

“Traktor”un prezidenti istefa verib
# 10 dekabr 2019 09:24 (UTC +04:00)

İranın “Traktor” klubunda növbəti istefa gerçəkləşib.

Apasport.az saytının məlumatına görə, Təbriz təmsilçisinin prezidenti Qulamreza Sadegiyan postundan ayrılıb.

O, istefasını kənar müdaxilələrin olması ilə əlaqələndirib.

Qeyd edək ki, ondan 3 gün öncə komandanın türkiyəli baş məşqçisi Mustafa Dənizli də istefa verərək, vətəninə dönüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR