“Zirə” London “Arsenal”ının yetirməsi ilə müqavilə imzalayıb

“Zirə” London “Arsenal”ının yetirməsi ilə müqavilə imzalayıb
# 14 yanvar 2020 15:14 (UTC +04:00)

Bakının "Zirə" klubu yeni futbolçu ilə anlaşıb.

Apasport.az saytının məlumatına görə, paytaxt təmsilçisi Alie Sesayla müqavilə bağlayıb.

25 yaşlı syerra-leoneli müdafiəçi ilə müqavilənin müddəti 1,5 ildir.

Qeyd edək ki, London "Arsenal"ının yetirməsi olan Sesay İngiltərəni "Lester", "Kolçester", "Kembric", "Barnet", İsveçin "Frey", Yunanıstanın "Kissamikos" və Bolqarıstanın "Arda" klubunda çıxış edib. Futbolçu həmçinin Syerra-Leone yığmasının da üzvüdür.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR