39 yaşlı Ronaldinyo Kolumbiya klubunda oynayacaq

39 yaşlı Ronaldinyo Kolumbiya klubunda oynayacaq
# 12 sentyabr 2019 09:54 (UTC +04:00)

Braziliya milli komandasının sabiq futbolçusu Ronaldinyo yenidən meydana çıxacaq.

APA-nın məlumatına görə, 39 yaşlı cənubi amerikalı Kolumbiyanın “Santa-Fe” klubunun heyətində yoldaşlıq oyununda iştirak edəcək.

2002-ci ilin dünya çempionu və “Qızıl top”un sahibi olan braziliyalı 4 ildən sonra yaşıl meydana qayıdacaq. Karyerasını 2015-ci ildə başa vuran Ronaldinyonun qatılacağı bu matç oktyabrın 17-də baş tutacaq. “Santa-Fe”nin bu oyundakı rəqibi bəlli deyil. Qarşılaşmaya biletlərin qiyməti 14,46 manatdan 63,42 manata qədərdir.

Qeyd edək ki, Ronaldinyo karyerası ərzində “Barselona”, PSJ və “Milan” kimi klublarda oynayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR