A seriyasında yeni mövsümün başlama vaxtı bilinib

A seriyasında yeni mövsümün başlama vaxtı bilinib
# 03 avqust 2020 23:11 (UTC +04:00)

İtaliya A seriyasında yeni mövsümün başlama vaxtı müəyyənləşib.

Apasport.az saytının məlumatına görə, bu barədə qərarı A seriyası rəhbərliyi verib.

Mövsümün sentyabrın 19-da başlaması qərara alınıb. Çempionatın son oyunları isə mayın 23-də keçiriləcək. Milad bayramı ilə bağlı fasilədə də matçlar təşkil olunacaq.

Qeyd edək ki, avqustun 2-də başa çatan son mövsümün qalibi adına “Yuventus” yiyələnib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR