AFFA 2020-ci ilin maliyyə hesabatını açıqlayıb

AFFA 2020-ci ilin maliyyə hesabatını açıqlayıb
# 29 yanvar 2021 12:28 (UTC +04:00)

AFFA-nın bu gün keçirilən Hesabat Konfransında qurumun Maliyyə və Mühasibat Departamentinin 2020-ci il üçün hesabatı təqdim olunub.

Apasport.az saytının məlumatına görə, ötən il qurumun büdcəsinə 22 milyon 803 min 052 manat vəsait daxil olub.

Bu məbləğin 11 milyon 400 min manatı AFFA-nın baş sponsoru olan SOCAR-ın hesabına düşür. Vəsaitin 4 milyon 319 min 140 manatı UEFA-dan, 3 milyon 814 min 638 manatı milli komandanın yayım hüququndan, 2 milyon 634 min 803 manatı FİFA-dan, 94 min 400 manatı “Coca Cola”dan, 187 min 322 manatı "Paşa Sığorta"dan, 63 min 400 manatı UNİCEF-dən, 125 min 636 manatı P&G-dan, digər 163 min 713 manat isə başqa mənbələrdən assosiasiyanın hesabına daxil olub.

Qurumun 2020-ci ildə əsas fəaliyyət xərcləri 17 milyon 554 min 722 manat təşkil edib. Xərclərin 9 milyon 905 min 833 manatı milli komandalara sərf olunub. Bundan başqa, 2 milyon 399 min 145 manatı əmək haqqı və ezamiyyə xərclərinə, 1 milyon 271 min 742 manatı hakimlər və hakim-inspektorlara, 688 min 322 manatı təsərrüfat xərclərinə, 556 min 215 manatı yarışlara,
448 min 391 manatı oyunların təşkilinə, 187 min 650 manatı aviabilet və otel xərclərinə, 200 min 166 manatı nəqliyyat xərclərinə, 136 min 122 manatı kommunal və rabitə xərclərinə, 76 min 659 manatı təhsilə, 209 min 810 manatı Marketinq və Sponsorluq Departamentinə, 230 min 6 manatı "Elit Məşq", 110 min 927 manatı "Futbol dərsi" layihəsinə, 468 min 572 manatı "COVİD -19" pandemiyasının təsiri ilə əlaqədar, 665 min 182 manatı isə digər xərclərə ayrılıb. Bundan sonra 5 milyon 248 min 330 manat qalıq qalıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR