AFFA Azərbaycan millisinin futbolçusunu 4 oyun diskvalifikasiya edib

AFFA Azərbaycan millisinin futbolçusunu 4 oyun diskvalifikasiya edib
# 10 mart 2021 15:09 (UTC +04:00)

“Sabah”ın hücumçusu Ramil Şeydayevin cəzası müəyyənləşib.

Apasport.az saytının məlumatına görə, millimizin forvardı “Sabah-2”nin heyətində I divizionun XVI turunda “Qaradağ Lökbatan”la görüşdə qırmızı vərəqə aldığı üçün AFFA İntizam Komitəsi tərəfindən cəzalandırılıb.

Matçın 63-cü dəqiqəsində hakimi təhqir etdiyi üçün meydandan qovulan Şeydayev 4 oyunluq diskvalifikasiyaya məruz qalıb. Həmçinin paytaxt klubu 320 manat cərimələnib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR