AFFA baş məşqçi ilə bağlı qərarını açıqlayıb

AFFA baş məşqçi ilə bağlı qərarını açıqlayıb
# 10 iyul 2020 16:43 (UTC +04:00)

Bu gün AFFA-nın İcraiyyə Komitəsinin videokonfrans formatında iclası keçirilib.

Apasport.az xəbər verir ki, AFFA Azərbaycan millisinin baş məşqçisi ilə bağlı verilən qərarı açıqlayıb.

Qərara alınıb ki, COVİD-19 pandemiyası əlaqədar yaranmış mövcud vəziyyət nəzərə alınaraq AFFA tərəfindən irəli sürülən xüsusi şərtlərlə razılaşacağı təqdirdə, Canni de Byazi ilə təyinatla bağlı müqavilə imzalansın. Müqavilənin digər şərtlərinin müəyyənləşdirilməsi məqsədilə danışıqlar davam etdirilsin (İcraiyyə Komitəsi üzvlərinin səs çoxluğu ilə).

Həmçinin Arif Əsədovun baş məşqçinin köməkçisi təyin olunması məqsədəuyğun bilinib.

Qeyd edək ki, AFFA-nın irəli sürdüyü xüsusi şərtlərə pandemiya ilə əlaqədar beynəlxalq oyunlar təxirə salınarsa və ya baş məşqçinin Azərbaycana gəlməsi ilə bağlı çətinliklər yaranarsa, maliyyə risklərinin nəzərə alınması daxildir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR