AFFA “Qarabağ”ın futbolçusunun cəzasını açıqlayıb

AFFA “Qarabağ”ın futbolçusunun cəzasını açıqlayıb
# 27 oktyabr 2020 15:47 (UTC +04:00)

AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.

Apasport.az saytının məlumatına görə, toplantıda Azərbaycan Premyer Liqanın VII turunda baş tutan matçlardakı neqativ hallar müzakirə edilib.

“Sabah” - “Sumqayıt” oyununda meydan sahiblərinin 5, qonaqların isə 4 futbolçusu sarı vərəqə aldığı üçün hər iki klub 800 manat məbləğində cərimələnib.

“Zirə” ilə qarşılaşmada ikinci sarı vərəqə ilə meydandan qovulan “Qarabağ”ın müdafiəçisi Rahil Məmmədov isə 1 oyunluq diskvalifikasiya olunub, həmçinin ağdamlılar 200 manat cərimə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR