AFFA “Qarabağ”ın mətbuat xidmətinin sabiq rəhbərinin cəzalanmasına münasibət bildirib

AFFA “Qarabağ”ın mətbuat xidmətinin sabiq rəhbərinin cəzalanmasına münasibət bildirib
# 29 yanvar 2021 14:36 (UTC +04:00)

AFFA “Qarabağ”ın mətbuat xidmətinin sabiq rəhbəri Nurlan İbrahimovun UEFA tərəfindən cəzalanmasına münasibət bildirib.

Apasport.az saytının məlumatına görə, qurumun icraçı vitse-prezidenti Elxan Məmmədov onlayn formatlı mətbuat konfransında qitə futbol qurumu tərəfindən bu idman növündəki fəaliyyətinə ömürlük qadağa qoyulması barədə sualı cavablandırıb.

Qurum rəsmisi bu cəzanı çox ağır saydığını açıqlayıb: “Bəli, çox ağır cəza idi. Bundan ağır cəza yoxdur. Orada təkcə irqçilik yox, başqa məsələlər də var idi. Bundan başqa heç nə demək istəmirəm. Çünki hazırda iş apelyasiyadadır. Mənim hər sözüm fərqli qəbul oluna bilər. Hüquqçular bu işi davam etdirirlər. Həmin hüquqşünaslar AFFA və kluba aid deyil. Həmçinin kluba 100 min avroluq cərimə də çox ağır qərar idi. Bununla bağlı da “Qarabağ” UEFA-ya müraciət edib”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR