AFFA “Zirə”nin qapıçısını cəzalandırıb

AFFA “Zirə”nin qapıçısını cəzalandırıb
# 11 noyabr 2020 12:42 (UTC +04:00)

Bu gün AFFA-nın İntizam Komitəsinin iclası keçirilib.

Apasport.az saytının məlumatına görə, yığıncaqda Azərbaycan Premyer Liqasının IX turunda baş verənlər müzakirə olunub.

Komitə üzvləri xoşagəlməz hadisələrlə bağlı müvafiq qərarlar verib. “Sabah”la səfər matçında ikinci sarı vərəqəyə görə meydandan kənarlaşdırılan “Zirə”nin qapıçısı Mateus Albino 1 oyunluq diskvalifikasiya olunub və klubu 200 manat cərimələnib.

Bu qarşılaşmada “Sabah”ın 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat ziyana düşüb.

“Keşlə” – “Qəbələ” oyununda hər iki komandanın bəzi rəsmi şəxsləri “A” buraxılış vərəqəsindən istifadə etmədiyi üçün hər iki klub ayrı-ayrılıqda 800 manat cərimələnib.

“Neftçi” – “Qarabağ” qarşılaşmasında oyun öncəsi təcili yardım nümayəndəsi təyin olunan vaxtda (yeni təlimata görə oyunun başlamağına ən geci 45 dəqiqə qalmış) gəlmədiyi üçün meydan sahibi klub 400 manat ödəyəcək.

“Səbail” – “Sumqayıt” oyununda 5 futbolçusu sarı vərəqə ilə cəzalanan qonaqların da cəriməsi 800 manat olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR