AFFA ilin son cəzalarını açıqlayıb

AFFA ilin son cəzalarını açıqlayıb
# 28 dekabr 2020 12:52 (UTC +04:00)

AFFA-nın İntizam Komitəsinin 2020-ci ildə son iclası keçirilib.

Apasport.az saytının məlumatına görə, yığıncaqda Azərbaycan Premyer Liqasının XIII turunun oyunlarında baş verənlər müzakirə olunub.

Komitə üzvləri xoşagəlməz hadisələrlə bağlı müvafiq qərarlar verib. “Qarabağ” – “Zirə” matçında qırmızı vərəqə alan futbolçuların cəzası fərqli olub.

İkinci sarı vərəqə üzündən meydanı tərk edən qonaqların oyunçusu Dmitrios Çantaklias bir oyunluq cəzalanıb. Onun klubu 200 manat cərimə olunub.

“Qarabağ”ın müdafiəçisi Kevin Medina birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun cəzalanıb, klub 1600 manat cərimələnib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR