AFFA liqalarda mövsümü başa çatdırıb

AFFA liqalarda mövsümü başa çatdırıb
# 22 may 2020 15:02 (UTC +04:00)

AFFA-nın təşkilatçılığı ilə keçirilən aşağı yaş qrupu üzrə liqalarda mövsüm başa çatdırılıb.

Apasport.az xəbər verir ki, bu barədə qurum rəsmi saytı vasitəsilə məlumat yayıb.

Bildirilib ki, koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar yaranmış mövcud vəziyyət nəzərə alınaraq, AFFA-nın bayrağı altında keçirilən liqalarla bağlı təqdimat hazırlanaraq İcraiyyə Komitəsinin üzvlərinə göndərilib. Təqdimatda liqalar barədə ətraflı məlumat, hazırkı vəziyyət və UEFA-nın üzvü olan digər milli assosiasiyalarda pandemiya amili nəzərə alınaraq qəbul olunmuş qərarların qısa xülasəsi öz əksini tapıb.

Xüsusi karantin rejimi ilə əlaqədar AFFA İcraiyyə Komitəsinin iclasının keçirilməsi mümkün olmadığı üçün telefon zəngi vasitəsilə liqalarla bağlı təqdimatda qeyd olunmuş məsələlər barədə hər bir üzvün münasibəti öyrənilib.

AFFA rəhbərliyi və İcraiyyə Komitəsinin üzvləri, ilk növbədə ölkəmizdə koronavirus (COVID-19) infeksiyasının qarşısının alınması, pandemiya dövründə vətəndaşların sağlamlığı naminə dövlət tərəfindən həyata keçirilən məqsədyönlü tədbirlərlə əlaqədar Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlığını bildirib.

Aparılan geniş müzakirələrdən sonra səs çoxluğu ilə aşağıdakı qərarlar qəbul olunub:

1. Koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar mövcud vəziyyət, Nazirlər Kabineti yanında Operativ Qərargahın təhsil müəssisələrində tədris prosesi ilə bağlı qəbul etdiyi müvafiq qərarlar nəzərə alınaraq, AFFA-nın təşkilatçılığı ilə keçirilən U-9, U-10, U-11, U-12, U-13, U-14, U-15, U-16, U-17 liqalarında, U-11, U-13, U-16 və Yüksək qızlar liqalarında, “Coca-Cola Məktəbli Kuboku” turnirində, Region Liqasında mövsüm başa çatdırılsın. Final mərhələsi play-off sistemi ilə keçirilən turnirlər istisna olmaqla, digər liqalarda hazırda turnir cədvəlində birinci pillədə olan komandalar qalib elan olunsun.

Koronavirus (COVID-19) pandemiyası ilə bağlı müsbət istiqamətdə dəyişikliklər baş verərsə, Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul etdiyi qərarlar nəzərə alınmaqla, yekunlaşdırılmış liqaların komandaları arasında mini-turnirlərin təşkil olunması nəzərdə tutulsun.

Qalibləri elan olunan liqalarda hazırkı turnir cədvəli aşağıdakı kimidir:

BAKCELL U-17 LİQASI

Yer

Komanda

O

Q

H

M

VQ

BQ

T/F

Xal

1

Sabah

18

14

1

3

65

14

51

43

2

Zirə

18

11

3

4

57

23

34

36

3

Keşlə

18

11

1

6

40

14

26

34

4

Tufan

18

10

4

4

45

28

17

34

5

Sumqayıt

18

11

1

6

36

25

11

34

6

Qəbələ

18

10

2

6

50

23

27

32

7

Qarabağ

18

10

2

6

41

30

11

32

8

Neftçi

18

9

4

5

46

30

16

31

9

Səbail

18

8

5

5

40

24

16

29

10

Kəpəz

18

7

3

8

29

34

-5

24

11

İsgəndər Cavadov BFA

18

4

0

14

27

72

-45

12

12

Neftçi İK İB

18

2

4

12

14

40

-26

10

13

Xəzər Lənkəran

18

2

0

16

12

60

-48

6

14

İOEUGİM (Sumqayıt)

18

2

0

16

8

93

-85

6

U-16 LİQASI

Yer

Komanda

O

Q

H

M

VQ

BQ

T/F

Xal

1

Qəbələ

22

19

0

3

88

15

73

57

2

Neftçi

22

17

1

4

89

17

72

52

3

Sumqayıt

22

14

5

3

61

23

38

47

4

Keşlə

22

14

2

6

79

35

44

44

5

Səbail

22

13

3

6

60

26

34

42

6

Qarabağ

22

12

3

7

39

27

12

39

7

Sabah

22

11

2

9

57

32

25

35

8

Neftçi İK İB

22

6

7

9

47

37

10

25

9

Zirə

22

5

3

14

37

43

-6

18

10

Xilə

22

2

4

16

14

97

-83

10

11

Mil-Muğan

22

2

0

20

15

122

-107

6

12

İsgəndər Cavadov BFA

22

1

2

19

14

126

-112

5

BOULEVARD HOTEL U-15 LİQASI

Yer

Komanda

O

Q

H

M

VQ

BQ

T/F

Xal

1

Qəbələ

16

15

1

0

61

3

58

46

2

Neftçi

17

13

1

3

51

13

38

40

3

Qarabağ

17

10

1

6

46

22

24

31

4

Səbail

17

10

0

7

41

25

16

30

5

Keşlə

17

9

3

5

30

22

8

30

6

Sabah

16

9

2

5

56

13

43

29

7

Sumqayıt

16

8

3

5

29

17

12

27

8

Zirə

17

8

1

8

29

28

1

25

9

Binə

16

7

1

8

29

32

-3

22

10

Kəpəz

15

4

2

9

15

56

-41

14

11

Neftçi İK İB

16

2

2

12

11

38

-27

8

12

Turan Tovuz

17

2

0

15

4

71

-67

6

13

İsgəndər Cavadov BFA

17

0

1

16

7

75

-68

1

2. Azərbaycan Premyer Liqası və Birinci Divizionla bağlı məsələyə koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar vəziyyət və Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul etdiyi qərarlar nəzərə alınmaqla növbəti həftələrdə baxılsın.

3. AFFA-nın Gənclər Liqası (U-19 yaş qrupu) ilə bağlı məsələyə UEFA ilə məsləhətləşmələrin nəticəsi, koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar vəziyyət və Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul etdiyi qərarlar nəzərə alınmaqla növbəti həftələrdə baxılsın.

4. Futzal üzrə Yüksək Liqa, Birinci Liqa, İkinci Liqa və Azərbaycan Kuboku ilə bağlı Futzal Federasiyası tərəfindən müvafiq təkliflər hazırlanaraq AFFA-ya təqdim olunsun. AFFA-nın rəyindən sonra müvafiq liqalarla bağlı Futzal Federasiyası tərəfindən qərarlar qəbul edilsin.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR