AFFA millinin baş məşqçi postuna namizədləri müzakirə edib

AFFA millinin baş məşqçi postuna namizədləri müzakirə edib
  • Clock-gray 12:49
  • calendar-gray 28 Yanvar 2020

AFFA-nın İcraiyyə Komitəsinin yeni tərkibdəki ilk iclasında Azərbaycan milli komandasının baş məşqçisinin təyinatı rəsmiləşməyib. 

Apasport.az saytının məlumatına görə, bunu qurumun icraçı vitse-prezidenti və baş katibi Elxan Məmmədov açıqlayıb.

O bildirib ki, bu gün baş tutan yığıncaqda bu posta namizədlər müzakirə olunub: “Namizədlər müzakirə edildi. Hər bir üzv öz fikrini bildirdi. Fərqli fikirlər səsləndirildi. Ümumi olaraq istiqaməti bilməliyik”.

Millinin çalışdırıcısının növbəti iclasda yenidən müzakirə edilib, yekun qərar verilməsi gözlənilir.

Qeyd edək ki, Nikola Yurçeviçin ötən ilin dekabrında istefaya göndərilməsindən sonra millinin baş məşqçisi vəzifəsi vakant qalıb.

ApaSport

Digər xəbərlər