AFFA-nın milliləşdirmək istədiyi legioner: “Həmişə Ukrayna yığmasına düşməyi xəyal etmişəm”

AFFA-nın milliləşdirmək istədiyi legioner: “Həmişə Ukrayna yığmasına düşməyi xəyal etmişəm”
# 13 fevral 2021 11:20 (UTC +04:00)

“Hələlik şərh verməli heç nə yoxdur. Açığı, özümü beynəlxalq səviyyədə sınamağı çox istəyirəm”.

Apasport.az saytının məlumatına görə, bu sözləri Ukraynanın “Minay” klubunun futbolçusu Anatoli Nuriyev deyib.

AFFA-nın milliləşdirmək istədiyi legioner Azərbaycan yığması deyil, Ukrayna millisini xəyal etdiyini gizlətməyib: “Azərbaycan yığmasında oynamaq imkanımın yaranması barədə ilk söhbətlər hələ bir il əvvəl başlayıb. Axı, ata tərəfdən Azərbaycan köklərim var. Bəli, mən Zakarpatye futbolunun yetirməsiyəm. Həmişə Ukrayna yığmasına düşməyi xəyal etmişəm. Amma bizdə çox yüksək rəqabət var. Hətta ölkənin əsas yığmasına dəvəti belə gözləməyə dəyməz. Hələ debüt barədə danışmıram, detallara varmaq istəmirəm. Bu məsələ ilə Azərbaycan tərəfi məşğul olur. Mənim işim “Minay”da çıxış etməklə peşəkar baxımdan faydalılığımı göstərməkdir. Düşünürəm ki, məsələyə yazda, dünya çempionatının seçmə mərhələsi başlayanda aydınlıq gələcək. Təqvimə əsasən Azərbaycan yığması martın 24-də səfərdə Portuqaliya, 30-da evdə Serbiya ilə görüşəcək”.

Qeyd edək ki, AFFA “Minay”ın daha bir ukraynalı futbolçusu, Azərbaycan əsilli Rüfət Əhmədzadənin də vətəndaşlığını dəyişdirmək niyyətindədir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR